“Qəbələ”nin dörd futbolçusu zədədən əziyyət çəkir. Onlar komandanın məşq prosesində iştirak etmir.
Misli premyer-liqasının 1-ci turunun “Turan Tovuz”la oyununun hazırlıq prosesində zədələnən Rüfət Əhmədovun durumuna aydınlıq gəlib. “West Hospital”da müayinə olunan müdafiəçinin sağ ayağının çarpaz bağlarının qopduğu müəyyənləşib. Əhmədov yaxın günlərdə əməliyyat olunacaq. Arxa xətt oyunçusu təxminən 6 ay meydanlardan kənar qalacaq.
Digər üç futbolçu - Urfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo isə proqram üzrə bərpa prosesini davam etdirirlər.