Məşhur futbolçu Niderlandda qərar tutdu

20.09.2024 14:33 117
Dünya futbolu
Nəhayət, İvan Perişiç özünə yeni klub tapıb.

Məşhur futbolçu Niderlandda qərar tutub. Onu PSV heyətinə cəlb edib. 35 yaşlı xorvatiyalı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. İvan yeni komandasına azad agent kimi qoşulub.

Perişiç sonuncu klubu Xorvatiya “Xayduk”u ilə avqust ayında yollarını ayırmışdı. O, daha əvvəl “Tottenhem”, “İnter”, “Bavariya” və Dortmund “Borussiya”sı kimi iddialı klublarda da çıxış edib.