“İnter” qapıçı Samir Handanoviçdən sonra daha bir oyunçusu ilə anlaşıb.
İtaliya klubu İvan Perişiçlə də yeni müqavilə mövzusunda ortaq məxrəcə gəlib. Xorvat yarımmüdafiəçi rəhbərliyin 2 illik yeni müqavilə təklifini qəbul edib. 33 yaşlı futbolçu tezliklə müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulan sənədə qol çəkəcək.
Perişiç milanlıların şərəfini 2015-ci ildən qoruyur. 2019/20 mövsümündə icarə əsasında “Bavariya”da çıxış edən futbolçu bu mövsüm A seriyasında 33 oyuna 7 qol vurub.