"Qarabağ" - "Malmö" matçıyla bağlı yeni xəbər - isveçlilər məlumat yaydı

20.09.2024 14:12 3 162
Aktual / Avropa Liqası
Avropa Liqasının liqa mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Malmö" matçını izləmək istəyən qonaq komandanın azarkeşləri üçün biletlərin qiyməti məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Səfər fanatları üçün biletin qiyməti 140 İsveç kronudu (təxminən 24 manat).

Qarşılaşmanı izləmək üçün qonaq tərəfdarlar ayrılmış vauçerləri "Malmö"nün rəsmi saytından əldə edə bilərlər. Onlar daha sonra bunları biletlərlə dəyişdirməlidilər. Mübadilənin necə və vaxt olacağı bilet alıcılarının elektron poçt ünvanlarına göndəriləcək.

Qeyd edək ki, oktyabrın 3-də təşkil olunacaq "Qarabağ" - "Malmö" görüşü saat 20.45-də start götürəcək. Azərbaycan çempionu 1-ci turda, sentyabrın 26-da İngiltərədə "Tottenhem"lə üz-üzə gələcək.