İsveç çempionu bəlli oldu

13.11.2023 20:21 206
Dünya futbolu
İsveç çempionatında qalibin adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, qızıl medalçı 30-cu turda bəlli olub. "Elfsborq"u məğlub edən "Malmö" çempionluğunu rəsmiləşdirib - 1:0.

Adı çəkilən hər iki komanda 64 xala malik olub. Lakin "Malmö" qol fərqinə görə rəqibini qabaqlayıb.