Həftəsonu ''Fənərbaxça''ya qarşı səfərdə çox mühüm bir oyuna çıxacaq ''Qalatasaray'' dünən daha bir görüş keçirdi.
İstanbul nəhəngi 3-cü turdan təxirə salınan oyunda ''Qaziantep''i qəbul etdi. Gözlənildiyi kimi Okan Burukun komandası ciddi problem yaşamadı. Baxmayaraq ki, Buruk Osimheni və bəzi başqa oyunçuları derbi ərəfəsində qorumaq qərarına gəlmişdi. ''Cim-Bom'' Barış Alpər Yılmaz Yunus Akgün və Batşuayinin qolları ilə 3:1 hesablı qələbə qazandı.
Buna qədər klub tarixində yerli məşqçilərdən mövsümə 5 qələbə ilə başlamağı yalnız 1998/99-da Fatih Terim bacarmışdı. Ümumilikdə komanda tarixində cəmi 4-cü dəfə mövsümün ilk 5 oyununu xal itirmədən tamamladı. 1994/95 və 2009/10-da isə analoji uğur uyğun olaraq almaniyalı Raynhard Zaftiq və niderlandlı Frank Raykaard ilə əldə olunmuşdu.
Beləliklə, ''Qalatasaray'' şənbə günü Kadıköyə lider kimi yollanacaq. Çünki ''Fənərbaxça''nın 5 turdan sonra 13 xalı var.
ƏLİ