5 aydan sonra meydana qayıtdı

18.09.2024 14:33 119
Dünya futbolu
Frenki de Yonqun səhhəti ilə bağlı növbəti xəbər yayılıb.

O, 5 aydan sonra yaşıl meydana qayıdıb. “Barselona”nın yarımmüdafiəçisi ümumi qrupda məşqlərə başlayıb. Xatırladaq ki, niderlandlı futbolçu aprelin 21-də “Real”a qarşı keçirilən matçda (2:3) ciddi zədə almışdı.

Frenki “Barselona”ya 2019-ci ildə “Ayaks”dan keçib. O, indiyədək göy-qırmızı formada meydana çıxdığı 213 oyunda 28 qolun və 31 məhsuldar ötürmənin müəllifi olub.