Ruben Diaşın yaşıl meydan həsrəti sona çatıb.
“Mançester Siti”nin müdafiəçisi zədəsini sağaldaraq ümumi qrupda məşqlərə başlayıb. Portuqaliyalı futbolçu İngiltərə kubokunun 1/8 finalının martın 1-də “Piterboro” ilə keçirilən oyununda (2:0) dizindən zədə almışdı. Diaş bu mövsüm premyer-liqada meydana çıxdığı 25 oyunda 2 qol vurub.