Amil legioner həyatı yaşayacaq

17.09.2024 23:54 124
Ölkə futbolu
Azərbaycanlı futbolçu Aml Yunanov karyerasını Albaniyada davam etdirəcək.

"Football-plus.az" xəbər verir ki, 31 yaşlı hücumçu Superliqa təmsilçisi “Byulis”lə anlaşıb. Müqavilənin müddəti 2025-ci ilin iyununa qədər nəzərdə tutulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Byulis" 5 turdan sonra 5 xalla 10 komanda arasında 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Tovuz futbolunun yetirməsi olan Amil Yunanov karyerası ərzində “Qəbələ”,”Keşlə”, “Sumqayıt” “Şamaxı”, “Səbail”, “Kəpəz”də çıxış edib.