Amil Yunanov “Kəpəz”ə qayıdır?

2.09.2024 15:36 650
Aktual / Ölkə futbolu
Bilindiyi kimi, yay fasiləsində “Kəpəz”dən çox futbolçu ayrıldı ki, onlardan biri də Amil Yunanov oldu.

Xatırlayırsızsa, Yunanovla Adil Şükürov arasında problem olduğunu yazmışdıq. Baş məşqçi futbolçu ilə danışıqlarda verdiyi vədi tutmamış, nəticədə oyunçu klubsuz qalmışdı. Bəli, hazırda da Amil işsizdi. Bəs yenidən “Kəpəz”ə qayıtmaq istəyirmi?

Yunanov “Football-plus.az”ın sualını belə cavabladı:

“Təklif olsa, istəyərəm dəyərləndirim. Hazırda klubsuzam. Başqa heç nə deyə bilmərəm”.

RÖYANƏ OĞUZ