• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Terim Kərəm Aktürkoğlu haqda Portuqaliya mətbuatına nələr dedi?

Dünya futbolu

17-09-2024, 22:0

Türkiyə futbolunun ulduzu Kərəm Aktürkoğlu son günlərin ən çox müzakirə edilən isimlərindəndi.

12 milyon avroya ''Qalatasaray''dan ''Benfika''ya keçdikdən sonra Kərəm yığmanın heyətində İslandiya ilə oyunda het-trik etdi. Daha sonra isə ''Benfika''nın heyətində debüt oyunundaca qol hesabını açdı. Kərəmin transferindən sonra artıq ''Benfika''nın oyunları Türkiyədə də yayınlanmağa başlayıb.

Bu arada Aktürkoğlunun həm inkişafında, həm də ''Qalatasaray''a gəlişində böyük rol oynayan Fatih Terim Portuqaliya mətbuatına onunla bağlı diqqətçəkən açıqlamalar verib. Əfsanəvi mütəxəssis Portuqaliyanın ''O Joqo'' nəşrinə bunları deyib:

''Kərəm hər bir məşqçinin komandasında görmək istədiyi futbolçulardandı. Hər an nəticəni dəyişə biləcək istedada sahibdi. ''Qalatasaray''da dörd il ərzində çox inkişaf etdi və fərqli futbolçuya çevrildi. Dəfələrlə çətin anlarda məsuliyyəti üzərinə götürməkdən çəkinmədi. Bir çox oyundan sonra fanatlar onu çağıraraq alqışladı. Əslində Kərəm Türkiyədə futbolçu olmaq istəyən hər bir gənc üçün çox mükəmməl bir örnəkdi. O, futbolçu olmaq arzusuyla yaşayan hər kəsə daim ilham verəcək. Türkiyədə peşəkar futbolun ən aşağı səviyyəsi olan 4-cü diviziondan ölkənin ən böyük klubuna gəldi. Bu hekayənin əsası tanıdığım məşqçilərdən biri ilə olan söhbətim zamanı qoyuldu. O həmin il Kərəmin məşqçisi idi. Bir gün mənə zəng vuraraq komandasında çox istedadlı bir gənc oyunçunun olduğunu dedi və ''onu yalnız sən ulduza çevirə bilərsən'' sözünü işlətdi. Fürsətdən istifadə edərək həmin məşqçiyə təşəkkürümü bildirmək istəyirəm. Kərəmi görən kimi dərhal bəyəndim. Köməkçilərimə onu daim təqib etməyi tapşırdım. Həmin mövsümün sonunda onu heç bir məbləğ ödəmədən ''Qalatasaray''a gətirdik. Əvvəlcə debüt oyununa çıxdı və ona yavaş-yavaş daha çox şans verməyə başladım. Ona səbrli olmağı və istedadına güvənməyi məsləhət gördüm. Gələcəkdə Türkiyə futbolu üçün önəmli ulduza çevriləcəyini dedim. Həqiqətən də zaman ötdükcə yeni səviyyəyə yüksəldi. Onunla qürur duyuram. ''Benfika''ya transferi məni qətiyyən təəccübləndirmədi. Çünki Avropanın ən yaxşı vingerlərindən biridi. Yaxın zamanda Portuqaliya futbol ictimaiyyəti də bunun şahidi olacaq''.


ƏLİ M

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

3-09-2024, 10:0

Kərəm Aktürkoğlu Lissabon nəhənginə transfer olundu

Dünya futbolu

10-09-2024, 15:0

Kərəm het-trik etdi, Türkiyə qalib gəldi

Dünya futbolu

12-09-2024, 22:0

Sabiq ''Qalatasaray''lı Kərəmin ''Benfika''ya transferi haqda nə dedi?

Dünya futbolu

7-09-2024, 15:0

Kərəm onun üçün ağlayan fanata məktub yazdı

Dünya futbolu

15-09-2024, 17:0

Kərəmin Portuqaliya karyerası qolla başladı!

Dünya futbolu

23-08-2024, 14:0

Kərəm Aktürkoğlunun kapitanlığı əlindən alınıb?

Aktual
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Son xəbərlər
  • Bu gün, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Bu gün, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Bu gün, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Bu gün, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Bu gün, 20:08
    Millimizdən iki qələbə
  • Bu gün, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Bu gün, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Bu gün, 18:30
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Bu gün, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Bu gün, 15:07
    Klubuna sadiq qaldı
  • Bu gün, 14:30
    Məşhur fransalı Maltada oynayacaq
  • Bu gün, 14:11
    “Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
  • Bu gün, 13:43
    Nuriyevin komandası uduzdu
  • Bu gün, 13:20
    İspaniya klubunu tərk etdi
  • Bu gün, 12:50
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:02
    “Avrokuboklara vəsiqə qazanmasaq, uğursuzluq sayılmamalıdı” – Cavid Hüseynov
  • Bu gün, 10:31
    “Malişevo” ilə müqavilə bağlamağa gəldiyim gün belə Azərbaycandan təkliflərim var idi” – Vüsal zədələnib...
  • Bu gün, 10:00
    "Nyukasl”ı o da tərk edə bilər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
Daha çox
Oxunub: 192
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 125
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 98
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 97
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə