AFFA üç klubu cərimələdi

17.09.2024 14:12 126
Ölkə futbolu
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının 6-cı turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” 800 manat cərimə edilib.

“Şamaxı” – “Sumqayıt” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” 700 manat cərimə edilib. Bu matçda qonaq komandanın futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə “Sumqayıt” 500 manat cərimə edilib.