Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasının 3-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:
"Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimə edilib. "Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” 800 manat cərimə edilib. Oyunda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” 500 manat cərimə edilib.
AFFA "Kəpəz" və "Sumqayıt"ı cərimələdi
Ölkə futbolu






