Misli premyer liqasının 6-cı turunun ilk oyununda “Araz-Naxçıvan" evdə “Kəpəz”i məğlub etdi.
Gəncəlilərin yeni çalışdırıcısı Azər Bağırov debüt oyununda sabiq komandasına uduzdu. Bəs görəsən, Bağırovun gəlişindən sonra hansısa irəliləyiş varmı? “Football-plus.az”ın bu sualını “Xəmsə” azarkeş qrupunun rəhbəri Aqşin Əsgərov cavabladı:
“Ümumi götürsək, istək var idi. Komanda nəsə etməyə çalışırdı. Futbolçuların ustalıq səviyyələrinin aşağı və ya yuxarı olmasını baş məşqçi daha yaxşı bilir. Taktiki gedişdə nəsə çatışmırdı. Ümid edirik ki, yaxşı olar. Baş məşqçi gələndən sonra, komandaya yeni nəfəs gəlməlidi. Komandaya yeni qoşulan, zədədən qayıdan futbolçular da var. Tam bir söz demək olmur. Yəqin ki, “Şamaxı”ilə oyundan sonra bir çox suala aydınlıq gələcək”.
ƏSƏD SEYİDOV