“Xəmsə” sərt və tələbkar baş məşqçi tələb edir

7.11.2023 20:10 429
Premyer-liqa / Manşet
“Kəpəz” Misli premyer-liqasının 12-ci turunda biabırçı hesabla uduzdu.

1:7 “sarı-göylər”in baş məşqçisi Azər Məmmədovun istefasına səbəb oldu. Bəs yerli azarkeşlər Azər Məmmədovun istefasını necə qiymətləndirir? Gəncə təmsilçisinin ən böyük fanklubu “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədov “Football-plus.az”ın sualını belə cavabladı:

“Azər müəllim ən doğrusunu etdi. “Kəpəz”in parlaq gələcəyi üçün bundan başqa yol yox idi. Sizin vasitənizlə də ona təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq. Yeni baş məşqçinin kim olması haqda fikrimiz yoxdu. Əsas odu ki, sərt və tələbkar biri olsun. İnşallah, rəhbərlik bu yöndə doğru seçim edər”.


KƏNAN BAHADIR