FIA maliyyə pozuntusu tapmadı

16.09.2024 14:33 124
İdman
Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula-1” üzrə dünya çempionatında mübarizə aparan komandaların 2023-cü ildəki maliyyə fəaliyyəti ilə bağlı heç bir pozuntu üzə çıxarmayıb.

Ötən mövsüm “Formula-1” komandalarının xərc limiti 135 milyon dollar həcmində olub. 2021-ci ildə isə FIA büdcə limitini aşdığına görə “Red Bull”a 7 milyon dollar cərimə kəsmişdi.

Qurumun saytında yer alan hesabatda bildirilir ki, çempionatda yarışan 10 komandanın hamısı 2023-cü il üçün maliyyə tələblərinə uyğun şəkildə fəaliyyət göstərib.