Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında 6-cı tur oyununa çıxıb.
“Football-plus.az” xəbər verir ki, komanda evdə ÇSKA (Sofiya) ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Arda" - ÇSKA - 2:1
Qollar: Offor, 42 (1:0), Tilev, 53 (2:0), Koyalipou, 85 (2:1)
Cəlal görüşdə meydana start heyətdə çıxıb və 69-cu dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Arda" hazırda turnir cədvəlində 9 xalla 7-ci pillədə qərarlaşıb.