İngiltərə premyer-liqasında avqustun ən yaxşıları müəyyənləşib. İki nominasiya üzrə fərqli klubların üzvləri qalib adını qazanıblar.
Ötən ayın ən yaxşı məşqçisi adına “Brayton”un çalışdıran Fabian Hürtseler layiq görülüb. 31 yaşlı mütəxəssisin komandası avqustda premyer-liqada keçirdiyi 3 oyunda 7 xal toplayıb: “Everton”a 3:0, “Mançester Yunayted”ə 2:1 hesabı ilə qalib gələn “qağayılar” səfrdə “Arsenal” ilə heç-heçə (1:1) oynayıblar. Qeyd edək ki, Hürtseler “Brayton”un baş məşqçi vəzifəsinə bu yay təyin olunub.
Avqustun ən yaxşı oyunçusu üçün nəzərdə tutulan mükafata isə “Mançester Siti”nin hücumçusu Erlinq Holann layiq görülüb. 24 yaşlı norveçli futbolçu ötən ay premyer-liqada keçirdiyi 3 oyunda 7 qol vurub.