Millimiz Litvaya uduzdu - AÇ

22.11.2026 11:11 0
İdman
16 yaşadək qızlardan ibarət voleybol millimiz Avropa çempionatının 1-ci təsnifat mərhələsində ilk qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, Estoniyanın Kyariku şəhərində keçirilən yarışın B qrupunda mübarizə aparan yığmamız sonuncu - 3-cü turda Litva ilə qarşılaşıb.

Görüş bizimkilərin qələbəsi ilə başa çatıb - 3:1 (25:16, 23:25, 25:23, 27:25).

Millimiz turnirdə Estoniyaya 2:3, Ukraynaya 1:3 hesabı ilə uduzmuşdu.

Qrup mərhələsinin yekununda Litva 6 xalla birinci yeri tutub. Ukrayna, Estoniya və Azərbaycan yığmalarının hər biri isə 4 xal toplayıb.