Bu qrupda ilk turun nəticələrini sürpriz saymaq olar. Çünki hər iki oyunda favorit sayılan komandalar məğlub oldu.
Rumıniya hər nə qədər son AÇ-də yaxşı təsir bağışlasa da, Priştianadakı qarşılaşmada bukmekerlərin favoriti meydan sahibləri idi. Amma həmyerlimiz Əliyar Ağayevin idarə etdiyi görüşdə Kosovo meydanda heç bir varlıq göstərə bilmədi. Rumıniya üç cavabsız qolla inamlı qələbə qazandı. Əliyar oyunun sonlarına yaxın kosovoluları azlıqda qoysa da, həmin ana qədər artıq matçın taleyi həll olunmuşdu. Litva isə doğma fanatları önündə özündən heç də güclü olmayan Cənubi Kiprə minimal hesabla boyun əydi. Kiprlilər ötən ilin noyabrında yoldaşlıq oyununda da evdə litvalıları minimal hesabla yenmişdilər. Maraqlıdı ki, həmin vaxt da qələbə qolunu Pittas vurmuşdu.
C liqası, 2-ci qrup
1-ci tur
Kosovo – Rumıniya 0:3 (0:1)
Kosovo: Muriç, Voyvoda, Amir Rrahmani, Aliti, Paqarada (Rrudhani, 81), Recbeçay, Berişa (Musliya, 66), Jeqrova (Sahiti, 81), Raşitsa, Asllani (Krasniqi, 66), Muriqi (Albion Rrahmani, 66).
Rumıniya: Nitse, Ratsiu, Draquşin, Burka, Banku, M.Marin, R.Marin (Olaru, 86), Stançiu (Mitrita, 86), Man (Koman, 78), Mihayla (Haci, 83), Draquş (Puşkaş, 83).
Qollar: Man, 40 (0:1). R.Marin, 51-p. (0:2). Draquş, 82 (0:3).
Vərəqələr: Berişa, 50. Recbeçay, 69. Banku, 76. Voyvoda, 81. Amir Rrahmani, 90+5. Draquşin, 90+5 – sarı. Voyvoda, 85 – qırmızı (ikinci sarı).
Hakim: ƏLİYAR AĞAYEV (AZƏRBAYCAN).
6 sentyabr. Priştina. 12872 tamaşaçı
Litva – Cənubi Kipr 0:1 (0:1)
Litva: Gertmonas, Şirvis (G.Paulauskas, 70), Kajukolovas, Girdvaynis, Tutişkinas, Lasiçkas, Slivka, Vorobyovas (Verbiçkas, 86), Matuleviçyus (Kalinauskas, 61), Kuçis, Doljnikov (V.Paulauskas, 86).
Cənubi Kipr: Mall, Panayotu (Andreu, 46), Karo, Qoqiç, Kiprianu, (Malekkidis, 46), Yoannu, Artimatas, Spolyariç (Xrisostomu, 65), Kastanos, Tsionis (Korreya, 89), Pittas (Layfis, 90).
Qol: Pittas, 34.
Vərəqələr: Kiprianu, 32. Panayotu, 45+1. Karo, 56. Kalinauskas, 68. Xrisostomu, 69. Andreu, 71 – sarı.
Hakim: İqor Payaç (Xorvatiya)
6 sentyabr. Kaunas. 4905 tamaşaçı
2-ci tur
Cənubi Kipr – Kosovo 0:4
Muriqi, 9-p.; 21. Rrahmani, 48. Dellova, 55.
Rumıniya – Litva 3:1
Miheyle, 4. R.Marin, 87-p. Mitritse, 90+2 – Kuçis, 34.
1. Rumıniya 2 2 0 0 6-1 6
2. Kosovo 2 1 0 1 4-3 3
3. C.Kipr 2 1 0 1 1-4 3
4. Litva 2 0 0 2 1-4 0