• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AÇ-2024 1/8 final: Niderlandla Türkiyə növbəti mərhələyə yüksəldi - YENİLƏNİB

Dünya futbolu / Manşet

3-07-2024, 00:0

Futbol bayramı davam edir. Bu gün keçiriləcək iki qarşılaşma ilə 1/8 final mərhələsinə yekun vurulacaq. Tədricən həyəcan artır, oyunların sayı isə azalmağa doğru gedir.

1/8 final
2 iyul
Rumıniya – Niderland
0:3
Codi Qakpo, 20. Donyel Malen, 83; 90+3.
Hakim: Feliks Svayer (Almaniya)
Cəzalı: Banku/yoxdu
Stadion: “Allyants Arena” (Münhen)
Əvvəlki oyunlarının balansı: +1=3-10

Təbii ki, bu cütdə Niderland favorit hesab olunur. Amma “narıncılar” hələ ki ideal təsir bağışlamır. Polşanı çətinliklə məğlub edən, Mbappesiz Fransadan bir xal alan, Avstriyaya isə sürpriz şəkildə məğlub olan Ronald Kumanın komandası rumınlarla görüşdə həm növbəti mərhələyə adlamağa, həm də inamlı qələbə ilə nüfuzunu yaxşılaşdırmağa çalışacaq. Ukrayna üzərində qazanılan 3:0-lıq tarixi qələbə sayəsində heç də asan olmayan qrupu zirvədə tamamlayan və AÇ-2000-dən bəri ilk dəfə pley-offa yüksələn rumınlar üçün bu turniri artıq indidən uğurlu saymaq olar. Amma necə deyərlər, iştah diş altındadı. Özü də nəzərə alaq ki, “zambaqlar ölkəsi” AÇ-lərdə sanki pley-off sindromu yaşayır. Zarafat deyil, komanda AÇ-nin pley-offunda son qələbəsini 20 il öncə qazanıb! Özü də o vaxt niderlandlılar 1/4 finalda İsveçi yalnız penalti seriyasında üstələmişdilər. Həmin turnirdən sonra Niderland yalnız iki dəfə qrup mərhələsi səddini dəf edib. Komanda 2008-də qrupdan çıxan kimi Rusiyaya, 2021-də isə Çexiyaya boyun əydi. 2012-də Niderland qrup mərhələsini dəf edə bilməmişdisə, 2016-da, ümumiyyətlə, final mərhələsindən kənar qalmışdı. Şəxsi oyunlarda Niderlandın böyük üstünlüyü var. Rumıniya tarixi ərzində güclü rəqibə qarşı keçirdiyi 14 oyunun yalnız birində qalib gəlib. Bu qələbə 2007-nin oktyabrında qeydə alınıb. O vaxt Farul şəhərində AÇ-2008-in seçmə mərhələsində keçirilən matçda Rumıniya fanatları önündə minimal hesabla üstün olmuşdu. Komandaların son oyunu 2017-ci ildə baş tutub. Həmin vaxt Buxarestdə keçirilən yoldaşlıq matçında Niderland 3 cavabsız qolla üstün olmuşdu.

Avstriya – Türkiyə 1:2
Mixail Qriqoriç, 67 - Merih Demiral, 1; 59.
Hakim: Artur Diaş (Portuqaliya)
Cəzalı: Vimmer/Hakan Çalxanoğlu, Samet Akaydın
Stadion: “Red Bull Arena” (Leyptsiq)
Əvvəlki oyunlarının balansı: +9=1-7

Bu gün türk dünyasının qəlbi Leyptsiqdə döyünəcək. Türkiyənin 1/4 finala yolu məhz bu şəhərdən keçir. Rəqib çoxlarının fikrincə, bu turnirin ən baxımlı futbol sərgiləyən komandalarından olan Avstriya yığmasıdı. Təbii ki, Fransa və Niderlandın yer aldığı qrupu zirvədə tamamlayan bir komandanın gücünə şübhə etmək düzgün olmaz. Avstriya həm futbolsevərlər, həm də bukmekerlər tərəfindən bu cütün favoriti sayılır. Amma gəlin etiraf edək ki, avstriyalılar top-yığmalardan hesab olunmur. Hər halda, Fransa qrup liderliyini öz əli ilə Avstriyaya verdi. Əks təqdirdə Türkiyə bu gün fransızlarla qarşılaşacaqdı. Məsələyə sırf bu prizmadan yanaşsaq, əslində Türkiyənin bəxti gətirib. “Ay-ulduzlular”da zədəli futbolçu yoxdu. Düzdü, ötən oyunu cəza üzündən buraxan Əbdülkərim Bardakcı bu dəfə Vinçentso Montellanın ixtiyarında olacaq. Amma əvəzində digər mərkəz müdafiəçisi Samet Akaydın cəzalı duruma düşüb. Bu oyunda müdafiənin mərkəzində Merih Dəmiral ilə Əbdülkərimin qərarlaşacağı gözlənilir. Türklərin heyətində ən ciddi itki, heç şübhəsiz, Hakan Çalxanoğludu. Çexiya üzərində qələbənin əsasını qoyan kapitan cəza üzündən bu vacib oyunda komandasına yardım edə bilməyəcək. Hakanın yoxluğunda yarımmüdafiənin mərkəzində Kaan Ayhan, İsmayil Yüksək və Orkun Kökçü kimi isimlərə ikiqat iş düşəcək. Türkiyə bir neçə ay öncə gözlənilmədən Avstriya önündə böyük fiasko yaşamışdı. Martda Vyanada keçirilən hazırlıq oyununda türklər 1:6 hesabı ilə pərən-pərən düşmüşdülər. Sözsüz, həmin nəticə də qarşıdakı oyunun prinsipiallığını artırır. Çünki Türkiyə meydana təkcə 1/4 finala vəsiqə yox, həm də qisas arzusu ilə çıxacaq. Bu məqamı futbolçular da oyunöncəsi açıqlamalarda vurğulayıb. Avstriya hər nə qədər şəxsi oyunlarda üstün olsa da, bu qələbələrdən çoxu uzaq tarixdə əldə olunub. Məsələn, komandalar arasında 1948-88-ci illər aralığında keçirilən ilk 8 oyundan 7-də avstriyalılar sevinib. Amma 1988-dən bəri baş tutan 8 oyunda qələbə sayında Türkiyə öndədi (5:2). UEFA-nın bu matça təyin etdiyi hakim Türkiyə üçün heç də düşərli deyil. Belə ki, indiyə qədər həm yığma, həm də klub futbolu çərçivəsində Türkiyə təmsilçiləri Artur Diaşın idarə etdiyi 6 qarşılaşmanın hamısında (!) məğlub olub. Ümid edək ki, qardaş ölkənin yığması bu uğursuz seriyaya son qoymağı bacaracaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / Manşet

26-06-2024, 00:0

AÇ-2024-də 12-ci gün: İngiltərə və Danimarka 1/8 finalda - YENİLƏNİB

Dünya futbolu / Manşet

24-06-2024, 00:0

AÇ-2024-də 10-cu gün: Almaniya və İsveçrə 1/8 finalda - YENİLƏNİB

AÇ / Manşet

30-06-2024, 01:0

AÇ-2024 1/8 final: İsveçrə və Almaniya növbəti mərhələyə adladı - YENİLƏNİB

Dünya futbolu / Manşet

25-06-2024, 00:0

AÇ-2024-də 11-ci gün: İtaliyadan son dəqiqə sevinci - YENİLƏNİB

AÇ

1-07-2024, 00:0

AÇ-2024 1/8 final: İngiltərə və İspaniya 1/4 finalda - YENİLƏNİB

Aktual
Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
Son xəbərlər
  • Bu gün, 13:01
    Final matçına dövlət başçısı da baxacaq
  • Bu gün, 12:28
    DÇ-2026-da hamını qabaqlayır
  • Bu gün, 12:00
    Əvvəlki klubuna qayıdacaq
  • Bu gün, 11:27
    Azərbaycanın klub futbolu güclənib, yoxsa rəqiblər zəifdi? – “bunlar göstərici deyil”
  • Bu gün, 11:14
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Bu gün, 10:47
    Güləşçimiz Budapeştdə "bürünc" qazandı
  • Bu gün, 10:00
    “İmişli”dən ayrıldı, "Səbail"ə keçdi
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə