Bəhlul Mustafazadənin qayıdacağı vaxt məlum oldu

28.09.2023 10:00 286
Premyer-liqa
"Qarabağ"ın zədəli futbolçusu Bəhlul Mustafazadənin yaşıl meydanlara qayıdacağı tarix məlum olub.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı mərkəz müdafiəçisi 3 həftə sonra komanda ilə birlikdə məşqlərə qatılacaq. Millimizin üzvü bundan sonra oyunlarda iştirak edə bilər.

Qeyd edək ki, Bəhlul Mustafazadə premyer-liqanın 6-cı turunun "Sabah"la matçında (2:0) zədələnib. O, cari mövsümdə "Qarabağ"ın heyətində meydana çıxdığı 18 rəsmi matçda 2 qol vurub.