Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) sentyabr ayı üçün klubların dünya reytinqini elan edib.
"Football-plus.az" xəbər verir ki, siyahıda 500-dən çox klubun adı var. Onların sırasında Azərbaycandan 4 komanda da yer alıb: "Qarabağ", "Zirə", "Sabah" və "Neftçi".
Azərbaycan klublarından ötən ay yalnız "Zirə" irəliləyişə nail olub. Ən yaxşı göstərici "Qarabağ"a məxsusdu. Ağdam təmsilçisi 52-cidi. Lakin onlar avqustla (34-cü yer) müqayisədə 18 pillə geriləyib.
"Zirə" isə düz 69 pillə irəliləyərək 280-cı yerdən 211-ci yerə yüksəlib. Bunda komandanın ötən ay Konfrans Liqasında qazandığı qələbələr əsas rol oynayıb. "Sabah" 382-ci yerdən 428-ə düşüb. "Neftçi" də mövqeyini itirib. Avqustda 431-ci olan komanda indi 482-cidi.
Lider "Real"dı. "Mançester Siti" 2-ci, "Bavariya" 3-cüdü.