Höccət Haqverdi millinin düşərgəsini tərk etdi

10.09.2023 21:15 264
Yığma
Ötən il noyabrın 20-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Skopyedə, Anton Malatinski stadionunda keçirilmiş Şimali Makedoniya - Azərbaycan oyununda qırmızı vərəqə ilə cəzalandırılan Höccət Haqverdi İordaniya millisinə qarşı oynada iştirak edə bilməyəcəyi üçün milli komandanın düşərgəsini tərk edib.

Xatırladaq ki, millimiz sentyabrın 12-də beynəlxalq yoldaşlıq oyunu çərçivəsində “Dalğa Arena”da İordaniya millisi ilə qarşılaşacaq. Qarşılaşma saat 20:00-da başlayacaq.