Niklas Füllkruq Dortmund “Borussiya”sından “Vest Hem”ə keçib.
“Sky Sports”un məlumatına görə, 31 yaşlı hücumçu bir neçə gün əvvəl yeni klubu üçün tibbi müayinədən uğurla keçmişdi. İngiltərə klubu bu transferə görə 27,5 milyon avro ödəyib. Füllkruq ilə “3+1 il” sxemi üzrə müqavilə imzalanıb.
Qeyd edək ki, Niklas “Borussiya”da 2023-cü ilin avqustundan oynayırdı. O, bu komandada bütün yarışlarda 46 matça çıxıb, 16 qol vurub və 10 məhsuldar ötürmə edib.