2025-ci ildən “Tottenhem”də oynayacaq

3.10.2023 19:51 231
Dünya futbolu
“Tottenhem” yeni transferini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu “Hayduk”un 16 yaşlı futbolçusu Luka Vuskoviçi transfer edib. Xorvatiyalı müdafiəçi ilə müddəti 2025-ci ilin iyunundan başlamaqla 2030-cu ilin yayına qədər razılaşdırılan müqavilə imzalanıb. Luka 2025-ci ilin iyununa kimi Xorvatiya klubunda oynamağa davam edəcək.

Qeyd edək ki, bu ilin fevralında ilk peşəkar matçına çıxan Vuskoviç ölkəsinin yüksək liqasında oynayan ən gənc futbolçu kimi tarixə düşüb.