İtaliyadan Türkiyəyə yollandı

9.09.2024 13:30 125
Dünya futbolu
Antonin Barak İtaliyadan Türkiyəyə yollanıb.

“Fiorentina” təcrübəli futbolçunu icarəyə verib. 29 yaşlı çexiyalı yarımmüdafiəçi “Kasımpaşa”ya keçib. Onunla müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. Antoninin İtaliya klubu ilə müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

Barak ötən mövsüm 34 matça çıxaraq 5 qol vurub və 3 məhsuldar ötürmə edib.