Millimizin dünya çempionatındakı rəqibləri bilindi

6.09.2024 21:56 151
İdman
Minifutbol üzrə U-23 dünya çempionatının püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, püşkatmada millimizin də rəqibləri müəyyənləşib.

B qrupunda yer alacaq yığmamız Kolumbiya, Slovakiya və İraq komandaları ilə mübarizə aparacaq.

Qeyd edək ki, Xorvatiyada təşkil olunacaq dünya çempionatı oktyabrın 7-də start götürəcək.