Azərbaycan Almaniya və Türkiyə ilə eyni qrupda

17.11.2022 10:44 358
İdman
Qadın voleybolçular arasında 2023-cü il Avropa çempionatının püşkü atılıb.

Football-plus.az xəbər verir ki, İtaliyanın Napoli şəhərində keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Yığmamız C qrupunda Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan kollektivləri ilə mübarizə aparacaq.

Avropa çempionatı Belçika, İtaliya, Estoniya və Almaniyanın birgə ev sahibliyi ilə təşkil olunacaq.