“Mançester Siti”ni daha bir futbolçu tərk edib

6.09.2024 18:57 143
Dünya futbolu
“Komo” Maksimo Perroneni icərəyə götürüb.

"Football-plus.az" xəbər verir ki, 21 yaşlı yarımmmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında A seriyası təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Perrone 2023-cü ilin yanvarından 2024-cü ilin iyununa qədər icarə əsasında “Las Palmas”da çıxış edib. O, İspaniya klubunda bu müddət ərzində 30 matçda iştirak edib.