"Sumqayıt" - "Araz-Naxçıvan" matçının vaxtı bilindi

3.09.2024 12:58 295
Ölkə futbolu
"Sumqayıt"la "Araz-Naxçıvan" arasında keçiriləcək yoxlama matçının vaxtı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək oyun saat 18.00-da başlayacaq.

Bu barədə "Araz-Naxçıvan"ın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, komandalar millimizin Millətlər Liqasında keçirəcəyi oyunlarla əlaqədar Misli premyer-liqasında yaranmış fasilədən istifadə edərək qüvvələrəni sınayacaqlar.