Millimizin üzvü Emil Mustafayevin də çıxış etdiyi "Polesye" Ukrayna premyer-liqasında növbəti oyununu keçirib.
“Football-plus.az” xəbər verir ki, komanda 5-ci turda “Çernomorets”lə qarşılaşıb. Görüş Mustafayevin komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Emil meydana 63-cü dəqiqədə daxil olub.
Qeyd edək ki, hazırda turnir cədvəlində "Polesye" 4 xalla 2-cidi.
“Çernomorets” - "Polesye" - 1:4
Qollar: Butko, 45+4 - Nazarenko, 3-pen; Paixao, 8, Qutsuliak, 35 Lednev, 90+5
Emil oynadı, komandası qələbə qazandı
Dünya futbolu






