Mustafayev oynadı, komandası qalib gəldi

21.08.2023 11:34 243
Dünya futbolu
Ukrayna Premyer Liqasında dördüncü turun matçları baş tutub.

"Football-plus.az" xəbər verir ki, Emil Mustafayevin formasını geyindiyi "Polesye" "LNZ Çerkassı" ilə üz-üzə gəlib.

Bu matçda Emilin komandası 2:1 qalib gəlib. U-21 yığmamızın sabiq üzvü meydana start heyətində çıxıb və fasilədə əvəzlənib.

Hazırda "Polesye" 6 xalla 8-ci pillədədir.