Millimizin üzvü oynadı, komandası qalib gəldi

15.04.2024 12:15 163
Dünya futbolu
Ukrayna premyer-liqasında 24-cü turunun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi “Polesye” də növbəti görüşünü keçirib. Komanda evdə “Kolos”u qəbul edib. Matç Emilin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Mustafayev də bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, hazırda “Polesye” turnir cədvəlində 39 xalla 6-cı pillədədi.