Növbəti dəfə icarəyə verildi

25.07.2023 23:15 191
Dünya futbolu
“Everton” heyətini yeni oyunçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu “Vilyarreal”ın hücumçusu Arno Danjuma Qruneveldi transfer edib. Niderland millisinin üzvü 2023/24 mövsümünü icarə əsasında “Everton”da keçirəcək. O, yeni komandasında “10” nömrəli formanı geyəcək.

Qeyd edək ki, Danjuma ötən mövsümün ikinci yarısını icarə əsasında “Tottenhem”də keçirib.