Tanınmış almaniyalı mütəxəssis Kristof Daum uzun müddətdi xərçəng xəstəliyinə qarşı apardığı mübarizədən məğlub ayrıldı.
Dünən o, əbədi olaraq gözlərini yumdu. Oktyabrın 24-də Daumun 71 yaşı tamam olacaqdı. Ünlü məşqçiyə hələ 2022-ci ildə ağciyər xərçəngi diaqnozu qoyulmuşdu. Son dönəmlərdə onun vəziyyəti pisləşməyə doğru gedirdi. 1992-də ''Ştutqart'' ilə həm bundesliqanı, həm də Almaniya superkubokunu qazanmış Daum Türkiyədə də kifayət qədər populyar sima idi. O, 1 dəfə ''Beşiktaş'', 2 dəfə ''Fənərbaxça'' ilə olmaqla Türkiyədə 3 çempionluq qazanmışdı.
''Bayer-04'' ilə 3 dəfə (1996/97, 1998/99, 1999/00) bundesliqanı 2-ci pillədə tamamlayan Daum bu klublardan başqa ''Köln'', ''Austriya'', Frankfurt ''Ayntraxt''ı, ''Brügge'', ''Bursaspor'' və son olaraq 2017-cı ildə Rumıniya yığmasını çalışdırmışdı.
ƏLİ