• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Fərdi Kadıoğlu artıq “Brayton”un futbolçusudu - “Fənər” onun yerinə kimi transfer edəcək?

Dünya futbolu

29-08-2024, 18:0

Fərdi Kadıoğlunun “Fənərbaxça” macərası başa çatdı. İstedadlı futbolçu hələ iki həftə əvvəl “Lill” ilə cavab oyununa çıxmayanda bəlli idi ki, bu iş yalnız transferlə bağlıdı.

O, “Brayton”la həmin vaxtdan anlaşmışdı. Klublar arasında anlaşma isə yalnız ötən cümə günü baş tutdu. Həmin gün Türkiyə yığmasının üzvü transferin son detallarını müzakirə etmək və tibbi müayinədən keçmək üçün İngiltərəyə yollandı. Qəzet çapa gedərkən bu transfer hələ tam açıqlanmamışdı. Ona görə də rəqəmlərdə dəyişiklik ola bilər. Həm Türkiyə, həm də İngiltərə mənbələrinə inansaq, “Fənərbaxça” bu satışdan bonuslarla birlikdə 35 milyon avro qazanacaq. Bu məbləğdə bir dəyişiklik olmasa, Türkiyə futbolunda satış rekordu təkrarlanacaq. Çünki bu ilin martında Saşa Boe də həmin məbləğə (30+5 milyon avro) “Qalatasaray”dan “Bavariya”ya yollanmışdı. Amma yerli futbolçular üçün bu, yeni rekorddu. Əvvəlki rekord 2018-in yanvarında 22,5 milyon avroya “Beşiktaş”dan “Everton”a yollanan Cenk Tosuna məxsus idi. Qeyd edək ki, “Fənərbaxça” Fərdi Kadıoğlunu 2018-in yayında cəmi 1,4 milyon avroya “Neymegen”dən transfer etmişdi. Ona görə də “sarı-lacivərdlilər” həmin dönəmdə imzalanan müqavilənin şərtlərinə əsasən əldə olunacaq məbləğin 10 faizini Niderland təmsilçisinin hesabına köçürəcək. Türkiyə yığmasının heyətində AÇ-2024-də sərgilədiyi inamlı oyunla dəyərini bir qədər də artıran Fərdi “Mançester Yunayted”in də hədəfində idi. Amma “Brayton”un almaniyalı baş məşqçisi Fabian Hürtselerin israrından sonra ingilislər “Fənər”in istədiyi məbləği ödəməyə razılıq verdilər. Kadıoğlu İstanbul nəhəngində yalnız 1 titul – 2023-cü ildə ölkə kubokunu qazana bildi və 203 rəsmi oyuna çıxaraq 18 qol, 22 məhsuldar ötürməlik performans sərgilədi. Onun “Brayton”la “5+1” illik müavilə imzalayacağı, illik qazancının isə 3,5 milyon avro olacağı gözlənilir.

Türkiyədə yay transfer dönəmi sentyabrın 13-də başa çatacaq. “Fənərbaxça”nın həmin tarixə qədər Fərdinin boşluğunu hansı futbolçu ilə dolduracağı maraqla gözlənilir. Bir müddət öncə Türkiyə mətbuatında Serxio Regilonun adı hallanırdı. Bu futbolçu Mourinyoya gözəl tanışdı. İspaniyalı sol müdafiəçi 2020-də məhz Mourinyonun tələbi ilə “Tottenhem” tərəfindən transfer edilmişdi. Ən son xəbərlərdə “Fənər”in “Ayaks”ın sol müdafiəçisi Ouen Viyndala maraq göstərdiyi deyilir. “Habertürk”ün məlumatına görə Amsterdam nəhəngi 24 yaşlı futbolçuya görə 12 milyon avro tələb edir. “Alkmaar”ın yetirməsi olan və “Ayaks”a 2022-də 10 milyon avroya transfer edilən futbolçu ötən mövsümü icarə əsasında “Atverpen”də keçirmişdi. Bu mövsüm heç bir rəsmi oyuna çıxmayan və başqa klubların da maraq dairəsində olan Viyndalın “Ayaks”la 2027-yə qədər müqaviləsi var.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-08-2024, 14:0

Fərdi Kadıoğlu İngiltərəyə yollandı!

Dünya futbolu / Manşet

22-03-2024, 22:0

Türkiyə çempionatının ən dəyərli 10 futbolçusu açıqlandı

Dünya futbolu

14-08-2024, 15:0

''Fənərbaxça'' Fərdini 35 milyona da satmaq istəmir!

Dünya futbolu

19-08-2023, 20:0

''Qalatasaray'' Zanyolodan böyük pullar qazanacaq

Dünya futbolu / Manşet

25-07-2024, 22:0

''Fənərbaxça'' Türkiyə futbolunda yeni rekord müəyyənləşdirdi

Dünya futbolu

16-09-2023, 17:0

''Fənərbaxça'' bu yay 2 rekordu birdən yenilədi

Aktual
“ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
"Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
“Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
“Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Son xəbərlər
  • Bu gün, 13:56
    “ÇSKA məhz belə oyunlar üçün qurulub” – “Qarabağ”ın rəqibindən iddialı paylaşım
  • Bu gün, 13:25
    Parisdən Madridə yollandı
  • Bu gün, 12:54
    "Sabah"ın "Orhus"a qarşı səfər oyununun vaxtı
  • Bu gün, 12:23
    Gözlənilən təyinat açıqlandı
  • Bu gün, 11:52
    "Komanda yüz faiz olmasa da, böyük ölçüdə formalaşıb" - tezliklə Şamaxı stadionunda da projektorlar olacaq!
  • Bu gün, 11:31
    Milli komandanı tərk etdi
  • Bu gün, 11:00
    "Şamaxı"nın sabiq futbolçusu "Kəpəz"də
  • Bu gün, 10:31
    “Daha tutarlı hücumlar quran KuPS qonaqların müdafiəçilərinə çətin anlar yaşatdı” – rəqibin baxışı
  • Bu gün, 10:10
    5 güləşçimiz U-17 dünya çempionatında mübarizəyə başlayır
  • Bu gün, 09:59
    “Neftçi” potensialından maksimum yararlansa, geridönüş edə bilər” - Mahmud Qurbanov
  • Bu gün, 09:38
    "Kəpəz"in rəhbəri Gəncənin icra başçısı ilə görüşdü
  • Bu gün, 00:40
    "Tam olaraq formadayıq və hazırıq” - "Payde"nin baş məşqçisi
  • Bu gün, 00:15
    "Yeganə istəyim budu ki, futbolçularım kişi kimi mübarizə aparsınlar" - Yuri Vernidub
  • Dünən, 23:54
    "Sabah"ın rəqibi bəlli oldu - ÇL
  • Dünən, 23:23
    "Şamaxı" müdafiəçi transfer etdi
  • Dünən, 22:52
    AFFA-nın baş katibi milli üzvləri ilə görüşdü
  • Dünən, 22:21
    "Turan Tovuz" Türkiyə klubu ilə qarşılaşacaq
  • Dünən, 22:16
    "ÇSKA-ya qarşı səhv etmək olmaz" - Qurban Qurbanov
  • Dünən, 22:10
    Caz nazirliyi
  • Dünən, 21:40
    Oyuna bir gün qalıb, amma “Zirə” hələ bilet satmır – nə vaxt başlayacaq?
  • Dünən, 21:20
    "Sabah" Maludanı "Bazel"ə satdı - RƏSMİ
  • Dünən, 20:59
    “Qurban Qurbanov taktiki tələlər qura bilir” – “Qarabağ”ın sabiq futbolçusundan ÇSKA-ya xəbərdarlıq
  • Dünən, 20:26
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Dünən, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Dünən, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Dünən, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Dünən, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Dünən, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Dünən, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Dünən, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Dünən, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Dünən, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Dünən, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
Daha çox
Oxunub: 355
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 211
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 151
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 115
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 113
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə