Kolumbiyalı futbolçu İspaniyaya qayıtdı

29.08.2024 13:51 303
Dünya futbolu
Nəhayət, Xames Rodriges özünə yeni klub tapıb.

Kolumbiyalı futbolçu karyerasını yenidən İspaniyada davam etdirəcək.

33 yaşlı yarımmüdafiəçi “Rayo Valyekano” ilə razılaşıb. Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Rodriges yeni klubu ilə “1+1 il” sxemi üzrə müqavilə imzalayacaq. Xatırladaq ki, “Real”ın və “Bavariya”nın sabiq oyunçusunun sonuncu klubu “San Paulu” olub. O, Braziliyanı bu yay tərk etmişdi.