Gözlənildiyi kimi, Xames Rodriges “San Paulu”dan ayrılıb.
Kolumbiyalı yarımmüdafiəçi həm də Braziliyanı tərk edib.
Tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Bir neçə həfttə əvvəl tanınmış insayder Fabritsio Romano Xamesin Avropaya qayıtmaq istədiyini xəbər vermişdi.
Təcrübəli futbolçunun hətta Braziliya klubu ilə müqavilədə nəzərdə tutulan bonusların təxminən 75 faizindən (təxminən 3 milyon real) imtina etdiyi də bildirilir. Rodriges “San Paulu”ya 2023-cü ilin iyulunda azad agent kimi keçmişdi. Onun klubla müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulmuşdu. Bir müddət əvvəl 33 yaşlı futbolçunun xidmətində “Atletiko”, “Betis” və “Latsio”nun maraqlı olduğu haqda xəbərlər yayılmışdı. Yeri gəlmişkən, Xames bu yay keçirilən Amerika Kubokunda 6 məhsuldar ötürmə etməklə yeni rekordun müəllifi olub.