Rodriges Yunanıstanı tərk etdi

16.04.2023 19:51 255
Dünya futbolu
Xames Rodriges artıq “Olimpiakos”un oyunçusu deyil. Yunanıstan klubu futbolçu ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, klubun rəsmi saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Xames “Olimpiakos”un formasını 2022-ci ilin yayından daşıyırdı. O, komandada keçirdiyi 24 matçda 5 qolun və 6 məhsuldar ötürmənin müəllifi olub. Xatırladaq ki, kolumbiyalı futbolçu karyerası ərzində “Envixado”, “Banfild”, “Portu”, “Real”, “Monako”, “Bavariya”, “Everton” və “Əl-Rayyan”da da oynayıb.