“Atalanta” hücumçusu Luis Muriellə yollarını ayırmaq niyyətindədi.
Football-plus.az xəbər verir ki, Berqamo təmsilçisi kolumbiyalı forvardı 15 milyon avroya satmağa hazırdı.
31 yaşlı hücumçu ilə "Yuventus" yaxından maraqlanır.
Əvvəllər “Sampdoriya”, “Udineze”, “Sevilya” və “Fiorentina”da oynamış Murielin yenidən İtaliyada qalması gözlənilir.
Qeyd edək ki, Luis Muriel ötən mövsüm 39 matçda 14 qol vurub, 10 məhsuldar ötürmə verib.