• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Mərhələni adlayacağımıza mən də inanıram" - Qurban Qurbanov

Manşet / Çempionlar Liqası

27-08-2024, 17:0

"Qarabağ" sabah ÇL-in pley-offunun cavab matçında Zaqreb "Dinamo"sunu qəbul edəcək.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb.

- Oyunun mahiyyəti bəllidi. Çox vacib matçdı. Hesabda geridə olsaqda, qruplarda iştirak etmək üçün böyük şans qazanmışıq. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. Oyuna final matçı kimi hazırlaşmışıq. Rəqibi tanıyırıq. Ambisiyalı və böyük komandadı. Futbolçularıma inanıram. Yaxşı nəticə üçün hər oyunçum karyerasının ən yaxşı oyununu göstərəcək. Maraqlı olacaq.

- Səfərdə məğlub olmusuz. Burda da uduzsaz, belə halı şəxsi faciə hesab etməyəcəksiz?
- Yox, təbii ki. Hər məğlubiyyəti faciə hesab etsək, gərək bu sənətdə çalışmayaq. Bir şeyə həmişə əmin olmuşam ki, hər oyuna çox məsuliyyətlə yanaşmışıq. Məğlubiyyətlərdən nəticə çıxarmalıyıq. Bu oyunda məğlub olmaq istəmirik.

- Qapıda kimin olacağına qərar vermisiz? Və zədəlilərin durumu necədi?
- Qapıçıyla bağlı yekun qərar üçün vaxt var. Veşoviç dünən məşqlərə qoşuldu. Bu gün də məşqdə iştirak edəcək. Ola bilər ki, sabah ilk "23-lük"də olsun. Amma Yankoviç hələ də fərdi qaydada məşq edir.

- Julio Romaonun oynayacağını bilirdizmi?
- Düzü, buna şübhəylə yanaşırdıq. Məlum bəndi incələdikdən sonra bilindi ki, Romao oynayacaq. Dünən UEFA-dan cavab gəldi ki, oynaya bilər.

- Məlumdu ki, "Qarabağ" ilk dəqiqələrdən hücumlar etməlidi. Buna əsasən, xüsusi planınız varmı?
- Qarşımızda böyük Avropa təcrübəsinə və 3 top fərqinə malik "Dinamo" var. Sabah ağıllı şəkildə təzyiq göstərməliyik. Səfərdə onların təhlükəli komanda olduqlarını gördük. Ola bilər ki, "Dinamo" əksini etsin. Yəni rəqib təzyiq göstərsin. Biz cəsarətli olmalı və istənilən təzyiqə dözməliyik. Səliqəli və dəqiq çıxış etmək lazımdı.

- Komandaya yeni futbolçular cəlb olunacaqmı?
- Ümidimiz az olsa da, axtarışlarımız davam edir. Ən pis halda, əlimizdəki heyətlə davam edəcəyik.

- Mərhələni adlayacağınıza böyük inam var. Bu barədə nə deyə bilərsiz?
- Buna mən də inanıram. Meydanda yaxşı mübarizə olacaq. Çoxsaylı hücumlar etməyə çalışacağıq.

- Səfərdəki 0:3 hesablı məğlubiyyət, indiki ab-hava sizə karyeranız boyunca hansı dönəmi xatırladır?
- Bu barədə düşünməmişəm. Deyəcək söz yoxdu. Ola bilər ki, heç kim belə hesabla uduzacağımızı gözləmirdi. Bizim kimi klubların əlinə belə şanslar həmişə düşmür. İlk dəfə ÇL-in pley-offuna yüksələndə sadəcə himni ölkəmizdə eşidəcəyimiz üçün sevinirdik. Hesab haqda düşünmürdük. İndi qrupları arzulayırıq. Təbii ki, bu bizim üçün böyük məsuliyyətdi.

- "Dinamo" daha əvvəl "Sparta Praqa" və "PAOK"u ilk oyunda məğlub etsə də, cavab matçlarında böyük hesablarla uduzub. Həmin oyunlara baxmısızmı?
- Bəli, vurulan və buraxılan qolları izləmişik. Lakin bunu təkcə biz yox, onlar da düşünüb. Nəticədə rəqib də daha məsuliyyətli və diqqətli oynayacaq.

- Bəllidi ki, üç qol vurmaq asan məsələ deyil. Penaltilər seriyasına hazırlaşmısızmı?
- Bütün ehtimallara hazırıq. Amma çox istərdik ki, oyunun taleyi 90 dəqiqədə həll olunsun.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Manşet / Çempionlar Liqası

19-08-2024, 23:0

“Hər mərhələni keçdikcə qarşımıza daha ciddi rəqib çıxır” - Qurban Qurbanov

Avropa Liqası

26-08-2022, 21:0

"Fərqli oyun sistemlərinə qarşı çıxış edəcəyik" - Qurban Qurbanov

Manşet / Konfrans Liqası

31-07-2024, 21:0

“Mental hazırlığa daha çox yer ayırmışıq” - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

24-08-2024, 20:0

“Belə məğlubiyyətlərin komandamıza xeyri daha çoxdu” - Qurban Qurbanov

Aktual
“Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
"Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
"Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
“Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
"Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
Son xəbərlər
  • Bu gün, 20:00
    "Sabah" "Orhus"a qarşı - YENİLƏNİR
  • Bu gün, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Bu gün, 19:33
    Rəşad Əzizli "Kəpəz"də
  • Bu gün, 19:08
    “Sabah”ın start heyətində sürpriz ad: Dambrauskas ona yox, Mbinaya güvəndi!
  • Bu gün, 19:02
    "Sabah" - "Orhus": START HEYƏTLƏRİ
  • Bu gün, 18:56
    MS-ni tərk edə bilər
  • Bu gün, 18:26
    "Sabah"ın oyununun hakimi "Neftçi"yə qənim, "Qarabağ"a dost olub...
  • Bu gün, 17:55
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 17:24
    "Uzun müddətdi heyət seçimi baxımından bu qədər əla vəziyyətdə deyildik" - Poulsen "Sabah"ı keçəcəklərinə əmindi
  • Bu gün, 16:53
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 16:22
    Tribunalar "Sabah" üçün dolacaq... - bəs neçə danimarkalı olacaq?
  • Bu gün, 16:00
    “Qol imkanlarımız kifayət qədər olacaq” - “Sabah” Danimarkadakının davamını oynasın, yoxsa dəyişsin?
  • Bu gün, 15:29
    "Orhus" Masazırda da favoritdi - lakin "bayquşlar"ın qələbə qazanmaq ehtimalı artıb!
  • Bu gün, 14:58
    Birmingemdən Londona yollandı
  • Bu gün, 14:23
    "Sabah" - "Orhus" oyunu üçün bilet tükəndi! - Masazırda iynə atsaz, yerə düşməyəcək...
  • Bu gün, 13:58
    ''Trabzonspor'' öz yetirməsini BƏƏ təmsilçisinə satdı
  • Bu gün, 13:27
    AFFA-da yeni qaydalar açıqlandı – əvəzetmələrlə bağlı mühüm dəyişiklik
  • Bu gün, 12:56
    "Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 12:25
    ''Real''ın yeni transferi Arda Gülər haqda nə dedi?
  • Bu gün, 11:54
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 11:23
    "Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm" - Tahir Gözəl
  • Bu gün, 10:52
    "Hesabda öndəyiksə, Bakıda bunu məntiqi sonluğa çatdırmalıyıq" - Kostyukdan "Qarabağ" açıqlaması
  • Bu gün, 10:31
    "Qəbələ" braziliyalı müdafiəçi aldı
  • Bu gün, 10:00
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 23:57
    "Kəpəz" "Baku Sportinq"in futbolçusunu aldı
  • Dünən, 23:37
    Klopp Salahın Türkiyə ilə bağlı qərarı haqda nələr dedi?
  • Dünən, 23:05
    ''Qalatasaray'' evdə uduzdu
  • Dünən, 22:33
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 22:00
    Ederson iddiaları təkzib etsə də...
  • Dünən, 21:38
    “Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
  • Dünən, 21:00
    Namiq Ələsgərov "Kəpəz"də
  • Dünən, 19:47
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 19:16
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Dünən, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
Daha çox
Oxunub: 279
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 202
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 128
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 103
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 102
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə