Xviça Kvaratsxeliyanın “Napoli”ni tərk etmək ehtimalı qalır.
“Liverpul” rəhbərliyi gürcü futbolçunun transferi üzərində işləyir. “Football Insider”in yaydığı məlumata görə, mersisaydlılar hücum xəttini gücləndirmək niyyətindədilər. Klub rəhbərliyi bu mövqedə Xviçanı görmək istəyir. İngilislər artıq 23 yaşlı yarımmüdafiəçinin transferini reallaşdırmağa çalışırlar.
Xviça “Napoli”də 2022-ci ilin yayında oynayır. Onun atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycan yığmasında çıxış edib.