“Mançester Yunayted”ə gərək olmadı

26.08.2024 19:55 315
Dünya futbolu
Fakundo Pelyistri “Mançester Yunayted”i tərk edib.

“Football-plus.az” xəbər verir ki, Uruqvay millisinin futbolçusu karyerasını Yunanıstanda davam etdirəcək. İngiltərə klubu 22 yaşlı vingeri “Panatinaikos”a satıb. İlkin məlumatlara görə, bu transfer afinalılara 6 milyon avroya başa gəlib.

Fakundo MY-də 2020-ci ildən oynayırdı. O, bu klubun heyətində ümumilikdə 25 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə edib