Fakundo Pellistri yanvarda "Mançester Yunayted"i tərk edə bilər.
"Football-plus.az" xəbər verir ki, PSV uruqvaylı yarımmüdafiəçinin icarəsi ilə bağlı “Mançester Yunayted”lə danışıqlara başlayıb. Onunla “Los Anceles Qalaksi”nin də maraqlandığı və yaxın vaxtlarda klubun futbolçunun transferi üçün təklif irəli sürəcəyi bildirilir.
Bu mövsüm Pellistri premyer-liqada "Mançester Yunayted"in heyətində 9 oyun keçirib və bir məhsuldar ötürmə verib.