Qitə çempionu yeni klub tapdı

18.01.2024 17:10 191
Dünya futbolu
Nəhayət, Salvatore Siriqu işsizliyə son qoyub.

İtaliya millisinin və PSJ-nin sabiq oyunçusu karyerasını Türkiyədə davam etdirəcək. 37 yaşlı qapıçı “Fatih Karagümrük”ə keçib. İstanbul klubunun mətbuat xidmətinin məlumatına görə, təcrübəli futbolçu ilə bağlanan müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Əvvəllər “Palermo”, “Kremoneze”, “Ankona”, “Sevilya”, “Osasuna”, “Torino”, “Cenoa”, “Napoli” və “Fiorentina”da da çıxış edən Siriqunun sonuncu iş yeri “Nitsa” olub. AÇ-2020-nin qalibi ötən ilin sentyabr ayından klubsuz idi.