Mahir oynadı, "Dinamo" qalib gəldi

9.12.2023 22:17 177
Dünya futbolu
Millimizin üzvü Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) Xorvatiya çempionatında 18-ci tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda autsayder "Rudes"i qəbul edib. Matç Zaqreb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 76-cı dəqiqədə Kulenoviç vurub.

Mahir görüşə ehtiyat oyunçular skamyasında başlayıb. O, 79-cu dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, rəqiblərindən "Dinamo" hazırda turnir cədvəlində 33 xalla (16 oyun) 2-cidi. Lider "Hayduk"un 40 (18 oyuna) xalı var.