Milandan Turinə üz tutacaq

23.08.2024 15:55 301
Dünya futbolu
Pyer Kalulu “Milan”ı tərk edəcək.

Müdafiəçi “Yuventus”a keçməyə yaxındı. “La Gazzetta dello Sport”un xəbərinə görə, klublar tezliklə futbolçunun transferi ilə bağlı razılaşmanı yekunlaşdıracaqlar. Turin klubu oyunçunu icarəyə götürmək üçün 3 milyon avro ödəyəcək. Onun birdəfəlik transferi isə “Yuventus”a 14 milyon avroya başa gələcək.

Kalulu “Milan”ın heyətində 112 oyuna çıxıb, 3 qol vurub və 3 qolun ötürməsini verib.