Rafael Leaonun mövsümün sonunda “Milan”ı tərk etmək ehtimalı yüksəkdi.
"Football-plus.az" xəbər verir ki, bunu “La Gazzetta dello Sport” iddia edir. İtaliyanın ən populyar idman nəşri klubun onu 100 milyon avroya satmağa hazır olduğunu yazıb. Portuqaliyalı futbolçu PSJ-nin hədəfindədi. Fransa klubunun ona komandanı tərk edəcək Kilian Mbappeyə əsas xələflərdən biri gözü ilə baxdığı iddia edilir.