Mini-futbol üzrə millimiz dünya çempionatına qatılacaq

14.11.2022 15:09 1 033
Yığma
Azərbaycanın minifutbol üzrə milli komandası DÇ-2023-də iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan çempionatının püşkatma mərasimində bildirilib. Tədbirdə o da qeyd olunub ki, yığmanın heyəti çempionatın nəticəsinə əsasən formalaşacaq.

Əlavə edək ki, dünya çempionatı 2023-cü ilin noyabrında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək.